MKT İstehsalat Kommersiya (MKT Cotton)

Gözətçi (Şirvan)

Şirvan, Azərbaycan

26.12.22


Qeyd

  • Gözətçi müdiriyyətin nümayəndəsi və ya əvəz olunan gözətçi ilə birlikdə mühafizə olunan obyektin bütövlüyünü (kilidlər və digər bağlama qurğuları; plombların varlığı, yanğınəleyhinə inventarlar; siqnalizasiyanın, telefonların, işıqlanmanın sazlığı) yoxlayır.
  • Filialı mühafizəyə qəbul etməyə imkan verməyən nasazlıqlar (sındırılmış qapı, pəncərə və ya kilidlər, plomb və ya möhürlərin olmaması) aşkar olunan zaman tabe olduğu şəxsə, müdiriyyətin nümayəndəsinə və polis bölməsi üzrə növbətçiyə, məlumat verir və polisin nümayəndələri gələnədək cinayət izlərinin qorunmasını həyata keçirir.
  • Filialda yanğın baş verməsi zamanı həyəcan qaldırır, yanğın komandasına və polis bölməsi üzrə növbətçiyə xəbər verir, yanğının aradan qaldırılması üzrə tədbirlər görür.
  • Filialın daxilində bütün neqativ halların qarşısını almaq ( münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s );
  • Nəzarət buraxılış məntəqəsindən keçən şəxslərin yoxlanılması;
  • Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatının həyata keçirilməsi;
  • Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişinin məhdudlaşdırılması;
  • Obyektə (təhlükəsizlik dərəcəsindən aslı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarının yoxlanılması;
  • Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində gözətlənməsi;
  • Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatının aparılması;
  • Hadisələrə qarşı diqqətli davranmaq;
  • Geyim qaydasına riayət etmək;
  • Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Gözətçi (Şirvan)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 31.12.22


"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar